Son xəbərlərə görə, Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukrayna ordusu üçün silah daşıyan iki gəmiyə zərbə endirdiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, nazirliyin açıqlamasında Rusiya ordusunun Ukraynada hərbi məqsədlər üçün istifadə edilən gəmilərə hücumlarını davam etdirdiyi bildirilir.
Məlumatda deyilir: “Gün ərzində Qara dənizdə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə quru yük gəmisinə və silah və sursat daşıyan konteyner gəmisinə zərbə endirdik”.
ELBAR







