Gürcüstanda tranzit qaz kəmərində təcili bərpa işlərindən sonra Rusiya təbii qazının Ermənistana tədarükü bərpa edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan”ın bəyanatında deyilir.
“Avqustun 23-də saat 06:00-da Ermənistana təbii qazın verilməsi bərpa edilib”, – deyə şirkətin açıqlamasında bildirilir.
Avqustun 22-də şirkətdən bildirilib ki, Gürcüstanın Qırmızı Körpü – Sevkar – Berd tranzit qaz kəmərində qəzalı bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar avqustun 22-si səhər saat 06:00-dan avqustun 23-ü səhər saat 06:00-dək Ermənistana təbii qazın nəqli dayandırılacaq.
Bu dövrdə daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına respublikada istehlakçıların qazla fasiləsiz və etibarlı qaz təchizatı məhdudiyyətsiz həyata keçirilib.
E.ŞİRİNOV







