Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Saratov vilayətinin Engels şəhərindəki Kristall neft məhsulları anbarı bazasına zərbələr endirib.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Bu barədə MN-nin Baş Qərargah-ı məlumat yayıb. Sitat: “…Hədəf bölgəsində çoxsaylı partlayışlar qeydə alınıb və böyük yanğın baş verib. Yerli hakimiyyət orqanları onun “sənaye obyektinə” dəydiyini təsdiqləyir…”.
Məlumatda o da bildirilir ki, bu neft bazası düşmənin strateji aviasiyasının yerləşdiyi Engels-2 hərbi aerodromunu yanacaqla təmin edirdi.
A.Məmmədli