5 Mart 2026 / 09:45

Rusiya qoşunları geri çəkilir- TƏCİLİ

ABŞ- İsrail-İran müharibəsi ilə böyük strateji tərəfdaşımı itirən Rusiya qüvvələri Ukraynada ən azı son iki ildə ilk dəfə ərazi itirib, Ukrayna qüvvələri kiçik uğur qazanır, Rusiya qoşunlarını geri oturdur. Bu barədə “AzadlıqRadiosu” şərh verib. Sitat: “…Bunu döyüş ekspertləri, açıq mənbələrlə işləyən tədqiqatçılar deyirlər. Ancaq Ukrayna ordusu ilə əlaqəli “DeepState” açıq mənbə qrupu və Finlandiyanın “Black Bird Group” araşdırma qurumu bildirir ki, müharibədə durum tamamilə Ukraynanın xeyrinə dəyişməyib. Bu arada Rusiyanın beşinci ilə keçmiş müharibəsinin, demək olar, dalana dirənməsi üzrə konsensus da artır: Moskva qəti şəkildə hədəflərinə çata, Kiyev isə işğalçı qüvvələri ölkədən çıxara bilmir. AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı müxbiri Mayk Ekkel Rusiyanın 1 min 100 kilometrlik cəbhə xəttinin böyük hissəsində cüzi üstünlüyünü hələ də saxladığını yazır…”.
Amma beynəlxalq ekspertlər isə bildirir ki, Rusiya son 10-15 ildə Suriyada, Liviyada, Venesuelada, Ukraynada, Orta Asiyada, Moldovada, Gürcüstanda, Azərbaycanda… təsirlərini tam və ya qismən itirməklə ABŞ- a uduzmaqdadır. Bu isə ölkənin parçalanmasına aparan yol deməkdir. Rusiya bunun qarşısını hərbi yolla almaqda israrlı olsa da, əksinə, özünü daha da zəiflədir…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!