Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna PUA-larının istehsal, saxlama və buraxılış yerləri də vurulub
Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin sənaye və enerji obyektlərinə, eləcə də döyüş dronlarının istehsal, saxlama və buraxılış yerlərinə zərbələr endirib.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye obyektlərinə, enerji infrastrukturuna, eləcə də döyüş pilotsuz uçuş aparatlarının istehsal, saxlama və buraxılış yerlərinə kütləvi zərbə endirib”, – məlumatda deyilir.
Rusiya Müdafiə Nazirliyi zərbənin Kiyev hakimiyyətinin Rusiyadakı mülki infrastrukturlara hücumlarına cavab olaraq həyata keçirildiyini vurğulayıb.
Təyin olunmuş hədəflərə PUA-lar, eləcə də hava və yerüstü dəqiq silahlar vasitəsilə zərbələr endirilib. Hərbi nazirlik zərbənin məqsədlərinə tam şəkildə nail olunduğunu qeyd edib.
Daha əvvəl, 17 fevralda Rusiyanın “Molniya-2” dronları Sumı bölgəsində Ukrayna Silahlı Qüvvələrinin komandanlıq məntəqəsini vurub.
E.ŞİRİNOV