Orenburq və Ufa şəhərlərindəki Rusiyanın Ozon elektron ticarət platformasına məxsus logistika obyektlərinə pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücum edildiyi açıqlanıb.
Tezadlar.az xəbər verir ki, Ozon şirkətinin yazılı açıqlamasında şirkətin Orenburq və Ufadakı logistika obyektlərinə gecə saatlarında PUA-lar tərəfindən hücum edildiyi bildirilib.
Məlumatda obyektlərdəki bütün işçilərin təxliyə edildiyi və ilkin məlumatlara görə, heç kimin xəsarət almadığı qeyd edilib.
Məlumatda hücumlardan sonra obyektlərdə yanğın baş vermədiyi və Orenburq logistika mərkəzinin fəaliyyətini bərpa etdiyi əlavə edilib.
Məlumatda Ufa logistika mərkəzinin kiçik ziyan gördüyü və ətraflı yoxlama üçün müvəqqəti olaraq bağlandığı bildirilib.
Ukrayna son zamanlar Rusiyada yerləşən Wildberries və Ozon elektron ticarət platformalarına məxsus anbarları və logistika obyektlərini PUA hücumları ilə hədəfə alıb.
ELBAR







