Əsas məzmuna keç

“RUSİYA SÜNİ ŞƏKİLDƏ ƏRZAQ BÖHRANI YARADIR”

“Rusiya qoşunları yandırıcı güllələrlə atəşə tutaraq əkin sahələrini məhv edir”.

Bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak bildirib.

A.Yermak deyib ki, qlobal ərzaq böhranı yaradanlar Ukrayna məhsulunu da məhv etmək istəyirlər.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri düşmənlə döyüşməklə yanaşı, həm də yanğınları söndürürlər.

“Döyüşçülərimiz yanğınları söndürür. “Qida terroru”na son qoyulmalıdır. Biz müttəfiqlərimizlə ərzaq böhranının həlli yollarını müzakirə edirik”, – A.Yermak əlavə edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…