Əsas məzmuna keç

Rusiya tankeri Gürcüstana yağ daşıyarkən Türkiyə sahillərində hücuma məruz qalıb

Ötən gecə Gürcüstana Rusiyadan günəbaxan yağı daşıyan MIDVOLGA-2 tankeri Türkiyənin Qara dəniz sahillərindən 80 mil məsafədə hücuma məruz qalıb. Tezadlar.az CNN-Türk-ə istinadla  xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bu ölkənin Nəqliyyat və infrastruktur Nazirliyi məlumat yayıb. 13 nəfərlik ekipajdan ibarət gəmi kömək istəməyib. Ekipaj üzvləri xəsarət almayıb. Gəmi Türkiyənin Sinop şəhəri istiqamətində irəliləyir. Lakin gəmiyə hücumun hardan qaynaqlandığı barədə dəqiq və rəsmi məlumat verilmir.

Elbar

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…