Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Təhlükəsizlik Xidmətinin “Sea Baby” tipli dəniz dronları Qara dənizdə Rusiya Federasiyasının “kölgə donanması”na məxsus “KAIRO” və “VIRAT” adlı sanksiya altındakı iki neft tankerini vurub. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə UNİAN-a xüsusi xidmət orqanlarındakı mənbələr məlumat verib.
Bildirilib ki, əməliyyat Ukrayna Təhlükəsizlik Xidmətinin Hərbi Qarşı Kəşfiyyatın 13-cü Baş İdarəsi ilə Ukrayna Hərbi Dəniz Qüvvələrinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Mənbənin sözlərinə görə, gəmilərə qarşı modernləşdirilmiş “Sea Baby” dəniz dronları uğurla tətbiq edilib. Bu dronlar uzun məsafələri qət etmək imkanına malikdir və gücləndirilmiş döyüş başlıqları ilə təchiz olunub.
Rusiya mediasl və xüsusən də Solovyov şokdadır. Rusitada artıq nüvə silahlarından danışırlar…
A.Məmmədli