Əsas məzmuna keç

Rusiya-Ukrayna danışıqları sabaha qaldı…

Putinin İstanbul danışıqlarına gəlməməsi siyasi ab- havanı tamam dəyişib. Şübhə var ki, Trampla Putinin bu məzmunda sövdələşməsi olub. Çünki Tramp da açıqladı ki, “Əgər mən ora gəlmirəmsə, Putinin orda nə işi var?”. Yaxşı, bu danışıqların sülhə gətirilməsi üçün Tramp niyə İstanbula gəlmədi ki?! İstəmir ki, sülh baş tutsun! İndi bəlli olur ki, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutacaq danışıqlar sabah mayın 16-da başlayacaq. Tezadlar.az TASS- a istinadla bildirir ki, Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bu barədə danışıb. O bildirib ki, Rusiya nümayəndə heyəti danışıqlar aparmaq üçün bütün lazımi səlahiyyətlərə malikdir.

İndi diqqət sabahkı danışıqlaradır.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…