Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2025 / 08:27

Rusiya- Ukrayna danışıqları yenidən İstanbulda

Ukrayna dronlarının Rusiyanın hərbi təyyarələrini 4 bölgədə məhv etməsinin ardından, Rusiya nümayəndə heyəti Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün keçirilməsi planlaşdırılan danışıqlar üçün İstanbula gəlib. Tezadlar.az xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün bu gün İstanbuldakı Çırağan sarayında keçirilməsi planlaşdırılır.

Danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyəti dünən axşam saatlarında İstanbula gəlib. Rusiya tərəfindən nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edir. Ukrayna prezidenti Volodimir Zelenski də sülh danışıqlarında iştirak etmək üçün Ukrayna nümayəndə heyətini təyin etdiyini və müdafiə naziri Rustem Umerovun nümayəndə heyətinə rəhbərlik edəcəyini açıqlayıb.

Rəsmi Kreml isə dünən baş verən və inanılmaz, ağlagəlməz hərbi əməliyyatlardan hələ də şokdadır. Rusiyanın hərbi sənayesinə 42 qırıcı və 2 milyard dollardan çox ziyan vurulub.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!