Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 May 2025 / 11:23

Rusiya Ukraynadakı münaqişəni sülh yolu ilə həll etmək istəyir

Rusiya Ukraynadakı münaqişəni sülh yolu ilə həll etməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff “Breitbart News”-a müsahibəsində bildirib.

“Ruslar əslində sülh yolu ilə nizamlanma istəyirlər. Hər iki tərəf bunun onlar üçün nə demək olduğunu anlamağa çalışır. Bizim vəzifəmiz onları bir yerə toplamaq və sülh yolu ilə həllə alternativlərin heç kimin maraqlarına xidmət etmədiyini göstərməkdir”, – o deyib.

Mayın 11-də gecə çıxışı zamanı Vladimir Putin Ukraynaya 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib. Dövlət başçısının sözlərinə görə, bundan sonra Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb və saziş layihəsini rədd edib. Rusiya tərəfinin məlumatına görə, bu, Qərb tərəfdaşlarının təzyiqi ilə baş verib.

Putin Rusiyanın Ukrayna ilə danışıqlar aparmaq üçün ciddi niyyətlərindən danışıb. Prezident vurğulayıb ki, onların əsas məqsədi münaqişənin köklü səbəblərini aradan qaldırmaq və “tarixi perspektivdə” uzunmüddətli sülh yaratmaqdır.

Danışıqlar ilkin şərt olmadan mayın 15-də İstanbulda baş tuta bilər.

Bundan əvvəl Tramp Putinin təklifindən sonra Rusiya və Ukrayna üçün “böyük gün” elan etmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!