Ötən gecə Rusiya Hərbi Kosmik Qüvvələri Ukraynanın Çerniqov vilayətinə “İsgəndər-M” raketləri vasitəsilə zərbələr endirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, hədəfdə Ukrayna ordusunun 169-cu dislokasiya düşərgəsi olub. Raket hücumu nəticəsində xeyli sayda ölü və yaralının olduğu qeyd edilib. Hansı ki, “İsgəndər-M” raketləri 500 kilometrlik məsafədəki hədəfi zərərsizləşdirmək qabliliyyətinə malikdir.
Rusiya Ukraynanı “İsgəndər”lə vurdu- ölən var






