Əsas məzmuna keç

Rusiya Ukraynanın energetika obyektlərinə yeni zərbələrə hazırlaşır və…

“Rusiya Ukraynanın enerji infrastrukturuna qarşı yeni zərbələrə hazırlaşır, bu artıq yeni müharibə cəhdidir…”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ukraynanın energetika naziri Denis Şmıhal bu barədə danışıb. Nazirin sözlərinə görə, Rusiya hücumlarının nəticələrinin aradan qaldırılması istiqamətində işlər sutka ərzində davam edir. “Düşmənin energetika sahəsinə yeni zərbələrə hazırlaşdığı barədə məlumatımız var. Buna görə də bütün xidmətlər qarşısında duran vəzifə təkcə sürətli bərpa deyil, həm də növbəti çağırışlara maksimal hazır olmaqdır”, – deyə Şmıhal vurğulayıb. Nazir qeyd edib ki, paytaxt Kiyevdə istilik və elektrik təchizatının bərpası istiqamətində 200-dən çox briqada çalışır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…