Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kəşfiyyat məlumatları göstərir ki, rus ordusu Ukraynaya qarşı daha bir kütləvi zərbə endirməyə hazırlaşırlar.
Tezadlar.az xəbər verir ki, prezident Vladimir Zelenski bunu Ukrayna xalqına axşam müraciətində bildirib.
“Bu gün xüsusi tapşırıqlar hava hücumundan müdafiə, ordu üçündür. Hazırda rusların yeni kütləvi zərbələrə hazırlaşdığına dair kəşfiyyat məlumatlarımız var”, – deyə Zelenski vurğulayıb.
Prezident əlavə edib ki, Ukrayna həm hava hücumundan müdafiə raketləri, həm də müdafiə üçün çox vacib olan sistemlər barədə tərəfdaşları ilə açıq danışır.
“Təchizat kifayət deyil. Biz onları sürətləndirməyə çalışırıq və tərəfdaşlarımızın bizi eşitməsi vacibdir”, – deyə Zelenski vurğulayıb.
Dövlət başçısı həmçinin əlavə edib ki, hazırda Ukrayna Müdafiə Nazirliyi səviyyəsində çox iş görülür.
“Amma xahiş edirəm yenə də hava hücumu sirenlərinə diqqət yetirin. Zəhmət olmasa, sizə yaxın olanlara, tək olanlara, sizin dəstəyinizə ehtiyacı olanlara kömək edin”, – deyə prezident bildirib.
Ukraynada zenit raketlərinin çatışmazlığı
UNIAN xəbər verir ki, 16 yanvarda Zelenski bildirib ki, bu səhərə qədər Ukraynadakı bir neçə hava hücumundan müdafiə sistemində düşmən təyyarələrini vurmaq üçün lazımi raketlər yoxdur. Lakin bu gün bu raketlər Ukrayna müdafiəçilərinin arsenalına daxil olub.
O, bunun təkcə Amerika “Patriot” sistemləri üçün deyil, həm də Avropa hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı ilə bağlı olduğunu vurğulayıb.
E.ŞİRİNOV