MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Bəli, birmənalı!GPS pozuntuları son illər Baltik dənizi və Şərqi Avropada artıb. Hər bir dövlət başçısının, eləcə də kommersiya reyslərinin belə hücuma məruz qalması mümkündür.Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın sərnişin təyyarəsi Rusiya tərəfindən vurulduğu anda ölkə Prezidenti İlham Əliyevi daşıyan Bort N1 -in də havada olduğu bildirilib.
Bu fakt və baş verənlər göstərir ki, dövlət başçılarının, dünya liderlərinin təhlükəsizliyi üçün risklər hədsiz çoxalıb. Müasir dövrdə bu risklərin miqyası daha da genişlənib – artıq yalnız raket və ya fiziki hücum deyil, peyk sistemlərinin, GPS siqnallarının pozulması kimi görünməz kiber hücumlar da dünya prezidentləri üçün, eləcə də digər yüksək vəzifəli şəxslərin həyatı üçün ciddi təhlükə yaradır.Ümid edirəm təhlükəsizliyə cavabdeh qurumlarımız da baş verənlərin, artan risklərin fərqindədir”, – deyə vurğulayıb.***
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen təyyarəsinin enişi zamanı GPS sistemində baş vermiş nasazlığa görə məsuliyyət daşımır…