Əsas məzmuna keç

RUSİYA VƏ ABŞ MÜDAFİƏ NAZİRLƏRİ TELEFONDA NƏ DANIŞIBLAR?

Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostin ilə aktual beynəlxalq məsələləri, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə edib. Bu, nazirlərin fevralın 18-dən sonra ilk ünsiyyətidir.

Pentaqonun yaydığı məlumata görə, ABŞ rəsmisi Ukraynada atəşin dərhal dayandırılmasına çağırıb və Rusiya ilə əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…