Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Münaqişənin nizamlanması məsələsi üzrə Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu iyulun 23-də Bakı vaxtı ilə saat 20:00-da İstanbulda keçiriləcək.
Tezadlar.az-ın məlumatına görə, Ukraynanın “Politika Strany” nəşri xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqların üçüncü raundu bu gün (23 iyul) Moskva vaxtı ilə saat 19:00-da baş tutacaq”, – nəşr qeyd edir.
Bir sıra türk KİV-ləri də məlumatı təsdiqləyib, lakin Rusiya tərəfi hazırda mümkün görüşdə iştirakını açıq şəkildə təsdiqləməyib.
Bundan əvvəl məlum olub ki, İstanbulda Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinə hazırlıq gedir. İclasın 23 iyul çərşənbə axşamı günü Çırağan Sarayında baş tutacağı və bir gündən çox sürməyəcəyi gözlənilir.
E.ŞİRİNOV