Əsas məzmuna keç

“…Rusiya və Ukrayna münaqişənin həlli yolunu tapmaq istəyir”

“Vaşinqton hesab edir ki, həm Rusiya, həm də Ukrayna münaqişənin nizamlanması üçün çıxış yolunun tapılmasında maraqlıdır”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Kuşner bunu Kiyevdə keçirilən “Yalta Avropa Strategiyası” konfransına videobağlantı vasitəsilə qoşularkən deyib. “Biz irəliyə doğru yol tapmağa çalışmaqda qərarlıyıq. Prezident Donald Tramp buna sadiqdir, Stiv Uitkoff və mən də buna sadiqik. Gördüklərimizə əsasən, Prezident Zelenski də buna sadiqdir. Eşitdiklərimizə əsasən, Prezident Putin də buna sadiqdir. Biz hamını qane edəcək və irəliləməyə imkan verəcək düzgün formulu tapmalıyıq… Əvvəlcə tərəflərlə ətraflı məsləhətləşmələr aparmaq, razılaşmanın necə olacağı barədə təsəvvür formalaşdırmaq, daha sonra isə onun əldə edilməsi üçün uyğun şərait yaratmaq və ya belə şəraiti tapmaq lazımdır. Əgər bütün işi görsəniz, lakin lazımi impulsu yarada bilməsəniz, prosesi yenə də sona çatdıra bilməyəcəksiniz”.

Sitatın sonu!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…