İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar Türkiyənin xarici işlər naziri Hakan Fidanın salamı ilə başlayacaq.
Tezadlar.az bu barədə rəsmi mənbəyə istinadən xəbər verir.
“Günorta saatlarında təmas gözlənilir, Türkiyə tərəfləri salamlayacaq”, – agentliyin mənbəsi bildirib.
Bundan əvvəl məlum olub ki, Rusiya, Ukrayna və Türkiyə nümayəndələri arasında üçtərəfli görüşün başlanması İstanbulda saat Bakı vaxtı ilə 12:30-a təyin edilib. Görüşün Dolmabaxça sarayında Türkiyə prezident administrasiyasının iş kabinetində baş tutacağı dəqiqləşib.
Bundan əlavə, Ukrayna, Amerika və Türkiyə nümayəndə heyətləri arasında danışıqlar Bakı vaxtı ilə saat 11:45-ə planlaşdırılıb.
E.ŞİRİNOV







