1 Fevral 2026 / 00:18

Rusiya vətəndaşı dövlətə xəyanətə görə həbs edilib

Moskvanın Meşçanski Məhkəməsi Kaçkurkin adlı Rusiya vətəndaşını xəyanət cinayət işi ilə əlaqədar məhkəməyəqədər həbsə göndərib.

Tezadlar.az  xəbər verir ki,  TASS-ın əldə etdiyi məhkəmə sənədlərinə görə, müdafiə tərəfi hələlik onun həbsindən apelyasiya şikayəti verməyib.

Çelyabinsk vilayətinin sakini xəyanət və təxribatda məhkum edilib.

Məhkəmə sənədlərinə görə, “Müstəntiqin A.M. Kaçkurkinə Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) ilə məhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi barədə vəsatəti təmin edilib”.

Qabaqlayıcı tədbirlərlə bağlı məsələlər də daxil olmaqla, oxşar işlərə qapalı qapılar arxasında baxıldığı üçün məhkəmə cinayət işinin təfərrüatları barədə şərh verməkdən imtina edib.

Dövlətə xəyanət naddəsinə görə,  Rusiya vətəndaşını ömürlük həbs cəzası gözləyir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!