Hazırda Yaxın Şərq regionunda vəziyyətin nisbi sabitləşməsi fonunda Rusiya vətəndaşlarının İsrailə getməməsi ilə bağlı tövsiyələr ləğv edilib.
Tezadlar.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov deyib.
“Regionda vəziyyətin nisbi sabitləşməsi fonunda hazırda İsrailə səfər etmək üçün heç bir maneə yoxdur”, – diplomat bildirib.
Eyni zamanda, Klimovun sözlərinə görə, “İsraildə olan Rusiya vətəndaşlarına Suriya və Livanla həmsərhəd ərazilərə, eləcə də Qəzza zolağının kənarlarına getməmək tövsiyə olunur”.
E.ŞİRİNOV







