Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın NATO-ya daxil olmamasının təminatlarından biri onun gələcək üzvlüklə bağlı 2008-ci ildə Buxarest sammitində qəbul edilmiş qərarın ləğvi ola bilər.
Tezadlar.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Onun sözlərinə görə, Moskva Kiyevin NATO-ya daxil olmaması üçün “dəmir-beton beynəlxalq hüquqi təminat” axtarır.
“Digər şeylərlə yanaşı, bu, Alyansın Buxarest sammitinin Ukraynanın gələcək üzvlüyü ilə bağlı qərarının ləğvini nəzərdə tutur”, – Qruşko RİA Novosti-yə müsahibəsində bildirib.
Bundan əlavə, diplomat bəyan edib ki, Rusiya NATO-da hava hücumundan müdafiə və raket əleyhinə müdafiənin (AD/MD) qurulmasına cavab olaraq qabaqlayıcı tədbirlər görməyə hazırdır.
Bundan əvvəl Fransanın sağçı “Reconquista” partiyasının lideri Erik Zemmur bəyan etmişdi ki, Ukrayna neytral statusa malik olmalı və NATO-ya üzv olmaqdan imtina etməlidir. Onun fikrincə, Fransa prezidenti Emmanuel Makron vaxtında Rusiya lideri Vladimir Putinə müvafiq təkliflə çıxış etsəydi, münaqişədən tamamilə qaçmaq olardı.
E.ŞİRİNOV