Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Rusiya 2026- cı ili genişmiqyaslı hərbi əməliyyatların davam etdirilməsi ili kimi görür. Moskvadan gələn siqnallar sülhə olan həqiqi istəyin olmamasını göstərir”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu video müraciəti zamanı bildirib. Sitat: “Bu gün Moskvadan gələn ili müharibə ili kimi hazırladıqlarına dair daha bir siqnal eşitdik. Bu siqnallar yalnız bizim üçün deyil. Tərəfdaşlarımızın bunu görməsi vacibdir. Onların bunu yalnız görməsi deyil, həm də cavab verməsi vacibdir. Xüsusən də tez-tez Rusiyanın müharibəni bitirmək istədiyini deyən ABŞ-dakı tərəfdaşlarımız. Lakin Rusiyadan tamamilə fərqli ritorika, fərqli siqnallar gəlir və bunlar onların ordusundan gələn rəsmi əmrlərdir”, – deyə Zelenski qeyd edib.
Zelenski deyib ki, Rusiya müharibəni bitirməyə hazırlıq barədə danışmağın arxasında Ukraynanı məhv etmək və ərazilərinin ələ keçirilməsini qanuniləşdirmək niyyətini gizlədir. Zelenski ABŞ da daxil olmaqla, tərəfdaşları Moskvanın diplomatik manipulyasiyalarına uymamağa çağırıb. “Onlar məhz bu düşüncə tərzinə sahib olduqda, sadəcə Ukraynanı və ukraynalıları məhv etmək istəklərini ört-basdır etməyə çalışaraq diplomatiyanı sarsıdacaqlar. Sonra Rusiyanın “tarixi torpaqları” adlandıra biləcəyi digər Avropa ölkələri risk altında olacaq”, – deyə prezident vurğulayıb.
Müharibə isə davam edir.