Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ müstəntiqləri Rusiyanın ABŞ-ın məhkəmə sisteminin məlumat bazalarına son kiberhücumda iştirakına dair sübutlar tapıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” araşdırma ilə tanış olan mənbələrə istinadən məlumat yayıb. Onlar hücumu həyata keçirən konkret təşkilatın adını çəkməyib və digər dövlətlərin də iştirakını istisna etməyiblər.
İyulun 4-də qeydə alınan hadisənin özü, şahidlərin məlumatları da daxil olmaqla, məxfi məhkəmə məlumatlarının ələ keçirilməsi riskini qeyd edərək, daha əvvəl “Politico” tərəfindən məlumat verilmişdi.
“NYT”-nin məlumatına görə, hücum zamanı hakerlərin bəzi müraciətləri Nyu-Yorkda və digər yurisdiksiyalarda orta səviyyəli cinayət işlərinə aid olub. Bu işlərin bəziləri “rus və Şərqi Avropa” mənşəli soyadlı şəxslərə aid olub.
Məhkəmə inzibatçıları Ədliyyə Departamentinin rəsmilərinə və federal baş hakimlərə “davamlı və təkmil kibertəhlükə aktyorlarının” bağlı reyestrləri pozduqları barədə məlumat veriblər. Rəsmilərə ən həssas sənədləri sistemdən çıxarmaq tövsiyə olunub.
Hackin əvvəlcə ən azı səkkiz rayon məhkəməsində beynəlxalq əlaqələri olan cinayətlərlə bağlı materialları hədəf aldığı güman edilirdi.
Hələ keçən ay pozuntu aşkar edildikdən sonra bütün ölkə üzrə baş hakimlərə bu cür işlərin ictimai elektron girişdən çıxarılması üçün məxfi göstərişlər verilmişdi.
Moskva xaricdə, o cümlədən ABŞ-da kiberhücumlarda iştirakı ilə bağlı iddiaları dəfələrlə rədd edib. 2020-ci ildə Kreml bu cür iddiaları “kor rusofobiyanın” ifadəsi adlandırıb.
E.ŞİRİNOV