Əsas məzmuna keç

Rusiyada əcnəbilərin işə qəbulu barədə məlumat vermə qaydası dəyişir – gecikdirənlər cərimələnəcək

1 oktyabr 2026-cı il tarixindən etibarən Rusiya Daxili İşlər Nazirliyinin ərazi idarələrinə patent əsasında işləyən xarici vətəndaşlar barədə məlumat vermək qaydası dəyişib.

Bu barədə xatırlatma Rusiya Federasiyasında işləyən digər ölkələrin vətəndaşlarına hüquq-mühafizə orqanının Miqrasiya Xidməti tərəfindən  edilib.

Qeyd olunur ki, yeni tələblərə uyğun olaraq, bu bildirişlərin təqdim edilməsi proseduru işəgötürənin statusundan asılı olacaq.

Əgər miqrant fərdi şəxs üçün işləyirsə patenti aldıqdan sonra iki ay ərzində bildirişi şəxsən Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin ərazi idarəsinə təqdim etməlidir.

Yaxud da əcnəbi hüquqi şəxs tərəfindən işə götürülürsə, əmək müqaviləsinin bağlanması və ləğvi barədə bildirişlər işəgötürən tərəfindən üç gün ərzində Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin ərazi idarəsinə təqdim edilməlidir.

Xarici vətəndaşın işdən çıxarılması barədə hüquq-mühafizə orqanlarına vaxtında məlumat verilməməsi 800.000 rubla (təqribən 9583,5294 dollar, 16292 manat) qədər inzibati cərimə və ya 90 günə qədər işdən azad edilmə ilə cəzalandırılır.

Qurum qeyd edib ki, işəgötürən üçün xarici vətəndaşın işə qəbulu barədə bildiriş təqdim etməyin ən əlverişli yolu Dövlət Xidmətləri portalından istifadə etməkdir.

 

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…