23 İyul 2025 / 14:16

Rusiyada ekstremist icmalar ekstremist təşkilatlarla eyniləşdirilib

Rusiyada ekstremist təşkilat anlayışı genişləndirilib – indi ekstremist icmalar da belə hesab ediləcək.

Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, müvafiq qanunu Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Qanunun yeni redaksiyasında ekstremist təşkilat anlayışı genişləndirilib. İndi bura ekstremist icmalar, təsisçilər, liderlər və ya ekstremist icmanın təşkili ilə bağlı iş üzrə artıq məhkum olunmuş iştirakçılar daxildir.

Eyni zamanda, hazırda ekstremist icmalar haqqında məlumatlar Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin ekstremist təşkilatları siyahısına daxil edilib. Bu siyahının adı dəyişib, bununla əlaqədar qanunun müddəaları qurum haqqında siyahıdan məlumatların yayılmasını qadağan edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!