29 Avqust 2025 / 10:58

Rusiyada əsirlikdə qalmış Xersonun meri azad edildi…

…Xersonun sabiq meri Rusiya əsirliyindən qayıdıb… BILD.de saytı yazır ki, Vladimir Nikolenko əsgər deyildi, əlində silah tutmamışdı — o, kostyum və qalstukda bir mer idi. Rusiya qoşunları Xersona daxil olduqda, Nikolenko Moskvanın təklif etdiyi kimi işğalçı administrasiyanın bir hissəsi olmağı rədd etmişdi.
Mer həyat yoldaşına deyib: “Daha yaxşıdır zirzəmi və həbsxana.” Elə də olub: əməkdaşlıqdan imtina etdiyinə görə onu oğurlayıblar.
 Nikolenko Rusiya Federasiyasının Pakinodakı №7 cəza koloniyasında üç il həbsxana həyatı keçirib. O, 2022-ci ildə artıq evə qayıda bilərdi — ruslar ona azadlıq təklif ediblər, lakin o, kamerada ağır xəstə olan qonşusuna görə bundan imtina edib. Sabiq mer başa düşürdü ki, əgər getsə, həmin adam öləcək. Buna görə də qalıb və aclıq, döyülmə və təcridə dözüb!
***
Ukraynalılar üçün Nikolenko əsl qəhrəmana çevrilib. Azadlığını insanı xilas etmək ümidi ilə dəyişən bir insan, hətta zindanlarda da zorakılıqdan güclü olan mərhəmətin simvolu oldu. Azadlığa çıxdıqdan sonra isə belə deyib: “Çoxlu gənclər belə təzyiq altında sınır. Biz, böyüklər, çox şeylər yaşamışıq. Ən vacibi — bir-birimizi itirməməkdir.”
Deməli, insanı fiziki öldürə bilərlər, amma mənən ölməz insan heç vaxt ölmür!
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!