Ukrayna dronları Rusiyanın Amur Qaz Kimya Kompleksinə “səfər edib” və baş verən yanğında bir nəfər ölüb. Ukrayna mediasının və Rusiya mənşəli sosial şəbəkələrin xəbərinə görə, hadisə nəticəsində ümumilikdə 100-dən çox yaralı var. İlkin məlumata görə, yanğın piroliz qurğusunda baş verib, kompleksin əsas avadanlığına zərər dəyməyib. Beləliklə, Amur Qaz-Kimya Kompleksində baş verən yanğın nəticəsində 104 nəfər xəsarət alıb. “Mash” Telegram kanalının xəbərinə görə, bir Çin vətəndaşı ölüb.
Rusiya Müdafiə Nazirliyi Ukrayna dronlarından şikayətçidir.
SƏBUHİ







