Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu saatlarda Rusiyanın Amur bölgəsində içərisində 43 sərnişinin olduğu “An-24” təyyarəsi ilə əlaqə kəsilib. Tezadlar.az “Ria Novosti”yə istinadla bildirir ki, xilasedicilər “An-24”-ün axtarışı üçün Amur vilayətinin Tında rayonuna gedib. “An-24”-ün Tında hava limanından bir neçə kilometr məsafədə radardan itdiyi bildirilir. Rusiya FHN xəbəri təsdiqləyib. Təyyarə Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edib. Məlumata görə, “An-24” Tında aeroportuna eniş etməyə hazırlaşıb, lakin ilk cəhd alınmayıb. Təkrar eniş etmək üçün hündürlüyə qalxan təyyarə ilə az sonra əlaqə itib. Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 43 sərnişin (5-i uşaq) və 6 ekipaj üzvü olub. Sitat: “Пропавший в Приамурье борт Ан-24 обнаружили на склоне горы в 15 километрах от города Тында, предварительно, никто не выжил, сообщили РИА Новости в экстренных службах”.