Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Fevral 2026 / 11:01

Rusiyadakı diaspor rəhbərinin vətəndaşlığı niyə ləğv edildi?

Rusiya İvanovo vilayətinin “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib. Tezadlar.az e1.ru-ya istinadla xəbər verir ki, bu qərar Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən verilib. Buna səbəb kimi “milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlər” göstərilir.

Qeyd: Asif Məmmədov 2025-ci ilin sentyabrında İvanovo Şəhər Dumasına namizədliyini irəli sürmək istəyib və namizəd kimi qeydiyyatdan keçib. Lakin bu məlumatın dərc olunmasından sonra yaranan onlayn qalmaqala görə İvanovo Seçki Komissiyası onun qeydiyyatını ləğv edib. Rusiyada azərbaycanlı diaspor təşkilatlarının rəhbərlərinin Rusiya vətəndaşlığının ləğv olunması məsələsi müntəzəm hal alıb. Belə ki, bundan öncə Rusiyanın Arxangelsk, Moskva, Ulyanovsk vilayətləri, Moskva şəhərinin və digər bir sıra regionlardakı diaspor rəhbərlərinin Rusiya vətəndaşlığı ləğv edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!