Amur qaz-kimya kompleksinin ərazisindəki yanğın zamanı ölənlərin sayı 5 nəfərə çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “İzvestiya”nın mənbəyi bildirib.
Xəsarət alanların ümumi sayı 132 nəfərə çatıb. Hazırda Svobodnı şəhər xəstəxanasına 19 nəfər çatdırılıb.
Yaralılardan altısı ağır, daha 13-ü isə orta ağır vəziyyətdədir. Bundan əlavə, 113 nəfər müayinə üçün xəstəxanaya çatdırılıb.
Rusiyada Amur Qaz-Kimya Kompleksinin ərazisində baş verən yanğın nəticəsində 1 nəfər həlak olub, 131 nəfər zərər çəkib.
Tezadlar.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.
Həlak olan şəxs Çin vətəndaşıdır.
Yaralılardan 19 nəfər xəstəxanaya yerləşdirilib, 6 nəfərin vəziyyəti ağırdır.
A.Kuznetsov 112 zərərçəkənin həkimlər tərəfindən müayinə olunduğunu bildirib.
Amur Qaz Kimya Kompleksində baş vermiş partlayış nəticəsində 1 nəfər həlak olub.
Tezadlar.az xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.
Xəsarət alanların sayı 87 nəfərə yüksəlib. Hadisənin səbəbləri araşdırılır.







