Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Avqust 2021 / 11:52

QAÇAQ YOLLA GƏTİRİLƏN 20 ƏDƏD “IPHONE 12” AŞKAR EDİLDİ

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda Rusiya istiqamətindən gələn, postun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı avtomobil saxlanılıb.

Bu barədə Tezadlar.az-a DGK-dan məlumat verilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, yataq yerinin sol tərəfindəki örtüyün arxasındakı boşluqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən xeyli miqdarda, ümumilikdə 20 ədəd “Iphone 12 Pro Max 256 GB” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!