Əsas məzmuna keç

Rusiyalı turistlər Azərbaycanı seçir – ən çox pul xərcləyən isə bu ölkələrdən gələnlərdir (SİYAHI)

Bu il 191 ölkədən 1,59 milyon nəfər Azərbaycana səfər edib və ən çoxu da Rusiya vətəndaşları olub.

Cari ilin ilk səkkiz ayında Rusiyalı turistlər Azərbaycana turist axınında liderlik edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ölkə üzrə gələn turist axını aşağıdakı kimidir:

Rusiya – 27,9%;

Türkiyə – 19,4%;

İran – 7,8%;

Gürcüstan – 4,8%;

Qazaxıstan – 4,6%.

Bu dövrdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi xərcləri 15,9% azalaraq 1,1 milyard dollara düşüb.

Xərclərə görə ölkəyə Rusiya, Türkiyə və İsraildən gələn qonaqlar liderlik edib.

Rusiyalı turistlər ötən illə müqayisədə 5% azalaraq 344,3 milyon dollar xərcləyiblər. Türkiyəli turistlər isə 10,5% azalaraq 118,8 milyon dollar xərcləyiblər. İsrailli qonaqların xərcləri 74,5% artaraq 63,9 milyon dollara çatıb.

Turist xərclərinin ən böyük payını nəqliyyat xidmətləri təşkil edib. Bu rəqəm illik müqayisədə 18,2% azalaraq 491,8 milyon dollara düşüb. Avtomobil icarəsi xərcləri 4% artaraq 1,8 milyon dollara qalxıb. Yerləşmə xərcləri 24,5% azalaraq 203,2 milyon dollara düşüb.

Ümumi qida xərcləri 15,6% azalaraq 205,5 milyon dollara düşüb. Hədiyyə alan turistlərin xərcləri 6,3% artaraq 138,6 milyon dollara başa gəlib. İdman və əyləncə xidmətləri sektorunda gəlir 16% artaraq 10,2 milyon dollara çatıb.

Digər xidmətlər üçün 7,4% azalma ilə 43,5 milyon dollar tələb olunub. Mədəni tədbirlərə xərclər 9,2% azalaraq 7,1 milyon dollara düşüb.

 

Y.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…