4 Oktyabr 2025 / 16:52

Rusiyalı turistlər Coxsackie virusuna yoluxduqlarına görə Türkiyədə qalıblar

Rusiyalı turistlər beşulduzlu oteldə istirahət edərkən Coxsackie virusuna yoluxaraq Türkiyədə qapalı qalıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə “Şot” məlumat yayıb.

Nəşrin məlumatına görə, sözügedən otel Side kurort şəhərində yerləşən “Crystal Admiral Resort Suites & Spa” otelidir. “Turistlərdən biri bizə dedi ki, gələndən sonra dördüncü gün onun bir yaş yarımlıq oğlunun qızdırması 40 dərəcəyə yaxın yüksəlib və həmin axşam səpgilər əmələ gəlib”, – məqalədə deyilir.

Uşağa Coxsackie virusu diaqnozu qoyuldu. Ailə karantinə alınıb: onlara hovuzda çimmək və ümumi ərazilərə getmək qadağan edilib. Turistlərə bildirilib ki, onlar yalnız sağalma sertifikatı aldıqdan sonra yola düşə bilərlər.

Bundan əlavə, nəşr eyni oteldə istirahət edən üç uşaqlı daha bir ailənin Coxsackie virusuna yoluxduğunu iddia edir.

Daha əvvəl Rusiya uşaq bağçalarında Coxsackie virus infeksiyası halları bildirilmişdi. Təsirə məruz qalan uşaqlarda temperaturun 39 dərəcəyə qədər yüksəlməsi, boğaz ağrısı, qol və ayaqlarda səpkilər, ağızda səpgilər müşahidə edilirdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!