Əsas məzmuna keç

Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb-İNANILMAZ

Rusiya ordusunun 51-ci ümumqoşun ordusunun komandanı, general-leytenant Sergey Milçakovun Ukraynanın Donetskdə Rusiya qüvvələrinin komanda məntəqəsinə endirdiyi zərbə nəticəsində öldüyü bildirilir. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə bir sıra Rusiya və Ukrayna mediası və “Atesh” partizan hərəkatı məlumat yayıb. Məlumata görə, Milçakovun avqustun 26-da Donetskdə Rusiya qüvvələrinin əsas və ehtiyat komanda məntəqələrinə endirilən raket zərbəsi nəticəsində ölməsi ehtimal olunur. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 26-da və 27-nə keçən gecə Donetsk ərazisində Rusiya qüvvələrinin əsas və ehtiyat komanda məntəqələrinin havadan buraxılan raketlərlə vurulduğunu açıqlayıb. Qərargah zərbələr nəticəsində Rusiyanın itkilərinin dəqiqləşdirildiyini bildirib. Rusiya tərəfi Milçakovun öldüyü barədə məlumatı hələlik təsdiqləməyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…