Əsas məzmuna keç

Rusiyanın “An-22” təyyarəsindəki bütün heyət həlak oldu- TƏCİLİ

Az əvvəl Rusiyanın İvanovo vilayətində qəzaya uğrayan An-22 təyyarəsindəki bütün heyət üzvləri həlak olub. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, İstintaq Komitəsində uçuşa hazırlıq qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, qəzaya uğrayan təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus olub. Hadisənin nədən baş verdiyi hələki açıqlanmır. Bildirilir ki, təyyarə çox qiymətli hərbi yük daşıyırmış.

A.Məmmədli

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…