Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Volqoqraddakı Rusiyanın “Titan-Barikadı” hərbi müəssisəsinin Ukraynanın “Flaminqo” raketləri ilə vurulduğunu açıqlayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında paylaşım edib. Sitat “Bu, düşmənin artilleriya sistemləri və xüsusi hərbi texnika, o cümlədən xalqımıza zərbələr endirmək üçün istifadə olunan raket buraxılış qurğularının elementlərini istehsal etdiyi iri sənaye kompleksidir. Zavodun ərazisinə dəqiq zərbə endirilib, nəticədə yanğın baş verib”.
Zelenski onu da vurğulayıb ki, Ukraynaya qarşı müharibəyə xidmət edən Rusiyanın hər bir müdafiə sənayesi obyekti Ukraynanın uzaqmənzilli zərbələri üçün qanuni hərbi hədəf hesab olunur.
Rusya mediasl isə bu barədə susur…