7 Avqust 2025 / 15:28

Rusiyanın Gürcüstanı işğal etməsindən 17 il keçir- FOTO

Rusiya və Gürcüstan arasında baş verən 2008-ci ilin avqust müharibəsinin başlamasından 17 il keçir. Tezadlar.az xatırladır ki, 2008-ci ilin avqustun 7-dən 8-nə keçən gecə başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib. Hərbi əməliyyatlar zamanı Gürücüstanın 408 vətəndaşı həlak olub. Onların 170-i hərbçi, 14-ü Daxili İşlər Nazirliyinin əməkdaşı, 224-ü dinc sakin olub, 2 232 nəfər isə yaralanıb. 26 min nəfər qaçqın vəziyyətinə düşüb.

Beş günlük müharibə Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalı, daha sonra isə Abxaziya və Çxinvali bölgələrinindəki qondarma qurumların müstəqilliklərinin tanıması ilə nəticələnib. Buna cavab olaraq rəsmi Tbilisi Moskva ilə diplomatik əlaqələri dayandırıb və hər iki bölgəni işğal olunmuş ərazi olaraq elan edib. Bu gün Gürcüstan ərazisinin 20%-i hələ də Rusiyanın işğalı altındadır.

gurc

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!