“Rusiyanın hədəfi Gürcüstandır, çünki…”

Oxunma sayı: 42

“Cənubi Qafqazla bağlı çox şey Türkiyədəki mövcud və İranda yaxınlaşmaqda olan böhranın necə bitməsindən asılıdır”. Tezadlar.az xəbər verir ki, bu barədə politoloq Gela Vasadze bölgədəki siyasi prosesləri şərh edərkən deyib. O bildirib ki, Gürcüstan Rusiyanın əlində olması üçün əsas hədəf olacaq: “Cənubi Qafqazla bağlı çox şey Türkiyədəki mövcud və İranda yaxınlaşmaqda olan böhranın necə bitməsindən asılıdır. Kifayət qədər əhəmiyyətli resurslara malik olan Azərbaycan vəziyyəti həll etməyə çalışacaq. Ermənistan qalibə qoşulacaq, İrəvanın belə imkanı var. İndiki Gürcüstan hakimiyyəti Bakı ilə İrəvanın görəcəyi işin arasında nəsə etməyə çalışacaq. Dəqiq olan odur ki, Gürcüstan Rusiyanın prioritet hədəfi olacaq, yeganə sual hazırkı rejimi daha da loyal rejimə dəyişməyi nə vaxt məqsədəuyğun hesab edəcəkləridir. Bunun üçün alətlər artıq yaradılıb”, – deyə ekspert bildirib.

Xəbəri paylaş

30 Aprel