Əsas məzmuna keç

Rusiyanın iki şəhərində hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Kaluqa (Qrabtsevo) və Volqoqrad hava limanlarında təyyarələrin gəliş və enişinə məhdudiyyətlər qoyulub.

Tezadlar.az bildirir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi nümayəndəsi Artem Korenyako özünün Telegram kanalında məlumat verib.

Məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğu dəqiqləşdirilib.

Bundan əvvəl Rusiyanın üç şəhərinin – Soçi, Nijni Novqorod və Gelendjikin hava limanlarında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib.

Eyni zamanda, Voronejdə pilotsuz uçuş aparatları (PUA) tərəfindən birbaşa zərbə endirilməsi təhlükəsi səsləndirilib. Şəhərdə xəbərdarlıq sistemləri quraşdırılıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…