Əsas məzmuna keç

Rusiyanın “İskəndər” və “Kalibr” zavoduna hücum-TƏCİLİ

Ukrayna ordusunun Voronejə zərbəsi nəticəsində yaralananlar var. Tezadlar.az xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib. Onun sözlərinə görə, şəhər üzərində Ukraynanın bir neçə “yüksəksürətli hava hədəfi” məhv edilib, müəssisələrdən biri isə zərər görüb.

***

QEYD: Ukrayna ordusu Rusiyanın Voronej şəhərinə raket zərbəsi endirib, güclü yanğın başlayıb. Bu barədə “RBK-Ukraine” sosial şəbəkələrdəki video materiallara əsaslanaraq məlumat yayıb. İlkin məlumatlara görə, şəhərə bir neçə “Storm Shadow” qanadlı raketinin düşdüyü bildirilir. Ukraynanın “Exilenova” resursunun məlumatına əsasən, hücumun hədəfi bir sıra ölkələrin sanksiya siyahısında yer alan Voronej Yarımkeçirici Cihazlar zavodudur. Müəssisə Rusiya raketlərinin, o cümlədən “İskəndər” və “Kalibr” sistemlərinin idarəetmə sistemlərində, həmçinin radiolokasiya stansiyaları və hava hücumundan müdafiə komplekslərində, o cümlədən S-400 sistemlərində istifadə olunan tranzistorlar, diodlar, mikrosxemlər və güc modulları istehsal edir. Hadisə ilə bağlı rəsmi qurumlar hələlik məlumat yaymayıb. Hücumun nəticələri və hədəfin dəqiq müəyyənləşdirilməsi ilə bağlı məlumatlar dəqiqləşdirilir.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…