Gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə endirdiyi hava hücumunda iki nəfər ölüb, 10 nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko sosial media hesablarında Rusiyanın gecə saatlarında paytaxta endirdiyi hava hücumunda iki nəfərin öldüyünü və 10 sakinin yaralandığını açıqlayıb.
Kliçko yaralılardan beşinin xəstəxanaya aparıldığını və onlardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.
Kliçko hücumun paytaxtın müxtəlif yerlərində anbarlarda və digər ticarət binalarında, özəl məktəbdə və yaşayış binalarında yanğınlara səbəb olduğunu, bəzi binalara və nəqliyyat vasitələrinə ziyan dəydiyini qeyd edib.
Kliçko təcili yardım qruplarının və bələdiyyə rəsmilərinin hadisə yerində işlərini davam etdirdiyini və paytaxtda hava hücumu xəbərdarlığının davam etdiyini, ictimaiyyəti təhlükəsiz yerlərdə qalmağa çağırdığını bildirib.
ELBAR







