Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda partlayış baş verib və artıq ölənlərin sayı 5-ə çatıb. Tezadlar.az TRT1-ə istinadla xəbər verir ki, Rusiya mətbuatı “Elastik” zavodunda yanğınla müşayiət olunan partlayışda yaralananlardan 10 nəfərinin vəziyyətinin ağır olduğunu yazır. İlkin ehtimala görə, partlayışa barıt istehsal edən sexdə texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.
Partlayış nəticəsində sexin binası tamamilə dağılıb. Dağıntılar altında qalanların olduğu bildirilir. Zavod ərazisindən 100 nəfər təxliyə edilib. Qeyd edək ki, 2021-ci ildə də bu zavodda partlayış baş verib. Həmin vaxt barıt istehsalı sexində baş vermiş partlayışda 17 nəfər ölmüşdü.
Rusiya mediası partlayışda Ukrayna xüsusi xidmət əməkdaşlarının əlinin olduğunu yazır. Ukrayna tərəfi isə hələlik rəsmi etiraf bildirməyib.
A.Məmmədli