Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu, Qara dənizdəki vəziyyətlə bağlıdır
Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Aleksey İvanov bu gün Türkiyə Xarici İşlər Nazirliyində olub.
Tezadlar.az xəbər verir ki, Rusiyanın Ankaradakı səfirliyi bunu TASS-a təsdiqləyib.
“Həqiqətən də belə bir söhbət olub, amma tərəfdaşlarla danışıqların təfərrüatlarını açıqlamaq Rusiya diplomatiyasının ənənəsinə uyğun deyil”, – diplomatik missiya bildirib.
Bundan əvvəl Ankaradakı diplomatik mənbə də TASS-a “İvanovun Xarici İşlər Nazirliyinə səfəri və Ukraynanın Ankaradakı səfiri Nəriman Celyalovun Xarici İşlər Nazirliyinə çağırılması barədə məlumatı təsdiqləyib. Söhbətin mövzusu Rusiyaya gedən tankerlərə son hücumlar fonunda Türkiyənin Qara dənizdəki vəziyyətlə bağlı narahatlığı olub.
E.ŞİRİNOV