Rusiyanın neft ixracından əldə edilən gəlir 2022-ci ilin fevral ayından bəri ən aşağı səviyyəyə düşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə Bloomberg-in məlumat yayıb.
Qeyd edilir ki, Rusiyanın neft ixracından əldə edilən gəlir 2022-ci ilin fevral ayından bəri ən aşağı səviyyəyə düşüb. Agentliyin məlumatına görə, ötən həftə neft ixracından əldə edilən gəlir təxminən 959 milyon dollar təşkil edib ki, bu da oktyabr ayının əvvəlindən təxminən 500 milyon dollar azdır. Analitiklər gəlirlərin azalmasının əsas səbəbi kimi sanksiyalar səbəbindən Rusiyanın Urals markalı xam neftinə endirimlərin kəskin artması ilə əlaqələndirirlər. Brend markalı xam neftə endirim əvvəllər 5-15 faiz idisə, hazırda 50 faiz civarındadır.
Həmçinin vurğulanır ki, qiymətlərin və gəlirlərin azalması Rusiyanın ənənəvi bazarlara məhdud çıxışı və artan logistika xərcləri fonunda baş verir.
Xatırladaq ki, Vladimir Putin Ukraynada hərbi əməliyyatlara başlamazdan iki gün öncə qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. 2022-ci ilin fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı, amma bi heç də belə olmadı. Qısamüddətli “xüsusi əməliyyat” bu günədək davam etməkdədir. Həm də yüz minlərlə insanın qanı-canı bahasına…
Y.Məmmədli

