Əsas məzmuna keç

RUSİYANIN POLŞADAKI SƏFİRİNİN ÜSTÜNƏ BOYA TÖKÜBLƏR

Naməlum şəxslər Rusiyanın Polşadakı səfirinin üstünə qırmızı rəngli boya töküblər.

Rusiyanın Polşadakı səfiri Sergey Andreyev sovet əsgərlərinin Varşavadakı məzarlığını ziyarət edərkən naməlum şəxslər ona hücum edərək, üstünə qımızı boya töküblər.

Rusiya mətbuatının yazdığına görə, basqınçılar polyaklar və ukraynalılar olub. Diplomat və səfirliyin digər əməkdaşları polisin müşayiəti ilə məzarlığı tərk edib.

Rusiya XİN hadisə ilə bağlı Polşa hakimiyyətinə etirazını bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…