Rusiyanın üç regionunda 11 Ukrayna pilotsuz təyyarəsi vurulub

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiyanın üç regionu üzərində 11 Ukrayna pilotsuz təyyarəsini məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Departament qeyd edib ki, iyunun 21-i Moskva vaxtı ilə saat 22:30-dan iyunun 22-si Moskva vaxtı ilə 2:55-ə qədər olan müddətdə 11 Ukrayna PUA-sı hava hücumundan müdafiə növbətçi sistemləri tərəfindən məhv edilib.

Ən çox sayda pilotsuz təyyarə – doqquz cihaz Bryansk vilayətinin ərazisində zərərsizləşdirilib.

Smolensk vilayətində daha bir təyyarə tipli pilotsuz təyyarə vurulub.

E.ŞİRİNOV

Xəbəri paylaş

20 İyul