22 Aprel 2025 / 08:22

Rusiyanın Ukraynanın Sumi vilayətinə hücumunun qarşısı alınıb və…

Ötən gün Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Sumı vilayətinə hücum cəhdini uğurla dəf edib.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Telegram” kanalında məlumat verib. Baş Komandanın sözlərinə görə, dövlət sərhədinə yaxın ərazilərdə və Rusiya Federasiyasının öz ərazisində intensiv döyüşlər davam edir. Sitat: “Rusiya qoşunları rəhbərliklərinin əmrini yerinə yetirərək bizi Kursk vilayətinin ərazisindən çıxarmağa və Sumı ilə sərhəddə yerləşən Ukrayna ərazilərini ələ keçirməyə çalışır. Lakin bu istiqamətdə aqressorun hücum planı Ukrayna Müdafiə Qüvvələrinin fəal və qətiyyətli əməliyyatları sayəsində növbəti dəfə puça çıxarılıb”.

Beləliklə, ABŞ prezidenti Trampın cəbhədə atəşkəsə nail olmaq və gələcəkdə sülh sazişi bağlamaq cəhdi də puça çıxmaqdadır.

 

Elşad

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!