Hava Hücumundan Müdafiə sistemləri bir gecədə Rusiya bölgələri üzərində Ukraynanın 122 pilotsuz təyyarəsini məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə iyulun 16-sı Moskva vaxtı ilə saat 23:30-dan 17 iyul saat 07:00-a kimi hava hücumundan müdafiə sistemləri Ukraynanın stasionar qanadlı 122 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib: Bryansk vilayətinin ərazisi üzərində 43 PUA, Oryolsk vilayətinin1 ərazisi üzərində 38 PUA, Smolensk və Voronej vilayətləri əraziləri üzərində 6 PUA, Belqorod vilayəti ərazisi üzərində 5 PUA, Moskva vilayəti, Kaluqa vilayəti və Krım Respublikası əraziləri üzərində 3 PUA, Leninqrad və Lipetsk vilayətləri əraziləri üzərində 2 PUA və Tula bölgəsi üzərində 1 İHA”, – Müdafiə Nazirliyi məlumat yayıb.
E.ŞİRİNOV







